Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF-də “Şəxsiyyətin Diriliş Vaxtı” Adlı Seminar Keçirilib

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım ‎Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Aziz Mahmud Hüdayi Vaqfi təhsil şöbəsinin müdiri, İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Adem Ergülün “Şəxsiyyətin diriliş vaxtı” adlı seminarı baş tutub.

Tədbirdə TİKA Bakı koardinator yardımcısı Orhun Kerem Salman, T.C. Bakı Böyükelçiliyi Din işləri müşaviri Prof.Dr. Kamil Günəş, Gəncliyə Yardım ‎Fondunun Prezidenti Ahmet Tecim, fondun müəllim heyəti və Bakı Gənlik ‎Akademiyasının tələbələri iştirak ediblər.‎

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında məlumat ‎verib.‎

Seminarda Dr. Adem Ergül  fərdiyyətçiliyin, eqoizmin, mənfəətpərəstliyin, mübahisə və müharibənin ən əsası da cahilliyin  artdığı bu dünyamızda iman və gücün düzgün istifadəsindən bəhs edib. Bir şəxsiyyətin dirçəlməsi üçün iman və gücün insanın və cəmiyyətin həyatında xüsusi yerinin olduğunu vurğulayıb. Adem Ergül iman və gücün bir-biri ilə əlaqəli olduğunu, imansız gücün, eləcə də gücsüz imanın faydalı olmadığını söyləyib. Daha sonra Adem Ergül seminar iştirakçılarının suallarını cavablandırıb.

 Sonda Bakı İsdedadlı Gənclər Akademiyasının “Kitab oxuma” proqramında qalib olan tələbə gənclər mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.