Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

GYF-Nümayəndələri "Dəyərlərimiz-Sərvətimiz, ‎Gələcəyimizdir” Müsabiqəsinin Mükafatlandırma ‎Mərasimində İştirak Edib

Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin birinci mərhələsi yekunlaşıb.

“Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf auditoriyası 6-7-8-ci sinif şagirdləri olub.

Layihənin məqsədi milli-mənəvi dəyərlərə, Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli, düzgün inkişaf etmiş vətəndaş və əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır.

Uşaqların asudə vaxtlarını faydalı araşdırmalara, dəyərləri öyrənərək yaşam və davranışlarına tətbiq etməyə yönəltməkdir.

Layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, bölgələr üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) 202 məktəbindən 1883 şagird qatılıb.

Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar.

Sonra təntənəli şəkildə qaliblərin mükafatlandırılması mərasimi olub. Qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə simvolik hədiyyələr, təşəkkürnamə verilib.