Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF-də Gənclərə “Yeni Dünya Düzəni” Təqdim Edildi

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Türkiye ‎Havacılık ve Uzay Teknolojileri Genel müdürü Serdar Hüseyn Yıldırımın ‎tələbələrlə “Yeni Dünya Düzeni ve Türk Dünyası” adlı konfransı baş tutub. ‎

Tədbirdə TİKA Bakı koardinatoru Teoman Tiryaki, Gəncliyə ‎Yardım ‎Fondunun Prezidenti Ahmet Tecim, fondun müəllim heyəti və Bakı ‎Gənlik ‎Akademiyasının tələbələri iştirak ediblər.‎‏ ‏

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.‎

Sərdar Yıldırım, texnlogiyanın inkişafı ilə qloballaşan dünyada ‎dövlətlər arası münasibətlərinin pozulması və bundan zərər çəkən cəmiyyətin ‎vəziyyətindən bəhs edib. I və II Dünya Müharibəsindən sonra dövlətlərin ‎ayrılması, birliyin olmaması və Türk dünyasının bu ayrılmadakı yerindən ‎danışan Serdar Yıldırım gənclərə birləşməyi, düşünməyi və təfəkkür etməyi ‎tövsiyə bilib. Daha sonra Serdar Yıldırım tələbələrin suallarını ‎cavablandırıb. ‎

Sonda isə Gənliyə Yardım Fondunun hədiyyəsi Serdar Yıldırıma ‎təqdim edilib və xatirə şəkli çəkdirilib. ‎

Qedy edək ki, Türkiye Havacılık ve Uzay Teknolojileri Genel müdürü ‎Serdar Hüseyn Yıldırımın Azərbaycana səfəri əsnasında Müstəqil Sənayeci ‎və İş adamları Dərnəyinin Bakı ofisində və Xəzər universitetində də “Yeni ‎Dünya Düzeni ve Türk Dünyası” adlı konfransları baş tutub.‎