Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

‎“Kitabın İşığın Olsun!” Layihəsi Çərçivəsində Məktəblilərə 30 min Kitab ‎Paylanıb

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması ‎və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin ‎gənc nəsillərə çatdırılması məqsədilə “Kitabın İşığın Olsun!” layihəsi həyata ‎keçirilib.‎

Layihə, Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım ‎Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə ‎əməkdaşlığı çərçivəsində reallaşıb.‎

Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.‎

Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova ‎uşaqlarımıza əsas insani dəyərlər ilə birlikdə milli və mənəvi dəyərlərimizin də ‎öyrədilməsinin əsas vəzifələrimizdən biri olduğunu söyləyib. Bildirib ki, ‎Azərbaycan və Türkiyə köklü tarixə və mədəni bir mirasa sahibdir. İki qardaş ‎dövlət arasındakı mədəni əlaqələrin inkişafı isə ortaq dəyərlərimizin yenidən ‎gündəmə gətirilməsi ilə mümkündür.‎

TİKA-nın Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim, T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri ‎Mahmut Ağırman Türkiyədən dəvət olunmuş yazarlar Bəstami Yazqan, Vural ‎Kaya və başqaları Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı ‎münasibətilə keçirilən bayramın böyük fərəh hissi ilə seyr etdiklərini bildiriblər. ‎Natiqlər ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gələcək nəsillərə, xüsusilə ‎də gələcəyimizin təminatçısı olan uşaqlarımıza tanıdılmasının böyük əhəmiyyət ‎kəsb etdiyini söyləyiblər.‎

‎“Kitabın İşığın Olsun!” layihəsi çərçivəsində Abşeron rayonunun ‎Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbin şagirdlərinin ifasında konsert ‎proqramı və ədəbi-bədii kompozisiya təqdim olunub.‎

Bakının ətraf rayonlarından gəlmiş şagirdlər Türk və Azərbaycan milli ‎geyimlərində, əllərində hər iki ölkənin bayraqlarını tutaraq şən rəqslər və mahnılar ‎ifa ediblər.‎

Sonda, layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı ‎yazarlarının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış, milli-mənəvi dəyərlərimizə ‎həsr olunmuş bir-birindən maraqlı 30 mindən çox kitabı tədbir iştirakçılarına, orta ‎məktəb şagirdlərinə paylanıb.‎

Qeyd edək ki, layihə çərçivəsində məktəblilərə Yavuz Bahadıroğlunun ‎‎“Fədakarlıq”, “Dostluq”, “Çalışqanlıq”, “Həmrəylik”, “Dürüstlük”, Vural Kayanın ‎‎“Sevimli Peyğəmbərim”, Bəstami Yazqanın “Qəlbini İtirən Adam”, “Xoşbəxtliyin ‎Sirri”, Əziz Sultanovun “Bakıdakı Son Osmanlı”  “Qarışqa adam” adlı kitabları ‎hədiyyə verilib.‎