Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu Keçirilib

Simpoziumda Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.

Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.

Simpozimu açıq elan edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin bu gün keçirilməsi təsadüfi deyil, çünki sabah 3 May – Türklük günüdür: “Türkiyəmiz başda olmaqla türk dövlətləri çox ağrılı bir dövrdən, qloballaşan dünyada baş verən böyük güclərin iqtisadi savaşları içindən keçir. Kərkük və Qarabağ türk dünyasının açarıdır. Kərkük Azərbaycanın özüdür, bizim səsimizdir”.

İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, bu gün Bakıda olması türk varlığına mesajdır: “Ümidimiz olan zaman biz əsarəti qəbul edə bilmərik. Bunun üçün də bayrağımız yüksələcək”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral simpoziumun önəmindən danışıb: “Türk dünyası son yüzilliklərdə böyük ağrılar çəkib və bu acılar hələ də davam edir. Bu acılardan ən böyük ikisi bu simpoziumun mövzusunu təşkil edir. Onlardan biri Kərkük, digəri isə Qarabağdır. Bu iki məsələ ürəyimizdə qalmış bir yaradır. Bu yaraları hər zaman xatırlamaq, sağaltmaq üçün nə etməli olduğumuzu anlatmaq, məsələnin türklərin qəlbindəki yara olduğunu bildirmək, bu yaraların nə olduğunu anlatmaq üçün belə tədbirlərin türk dünyasının hər yerində keçirilməsinin vacib olduğunu düşünürük. Çünki biz keçmişdə yaşadıqlarımızı öyrənməsək, unutsaq gələcəyimizə sahib çıxa bilmərik”.

Rəsmi çıxışdan sonra panel iclasları başlayıb. İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi İraq türkmənlərinin mövcud vəziyyəti və gözləntilər, professorlar Kürşad Zorlu və Qəzənfər Paşayev İraqda türkmənlərin demoqrafik vəziyyəti və gözləntiləri mövzularında çıxış ediblər.