Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF Rəhbərliyi Mötəbər Tədbirdə İştirak edib

PDF faylını alÇapE-poçt

Mayın 6-da Bakıda Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu xeyirxah təşəbbüsə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Gündoğar ölkənin özəl şirkətinin 2005-ci ildən ölkəmizdə xeyirxah missiyalar həyata keçirdiyini deyən Əli Həsənov təxminən 59 min yüksəkkeyfiyyətli eynəyin paylanıldığını, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailənin ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını qeyd edib. O, şirkətin rəhbəri Akio Kanainin 2006-cı ildə “Nansen Qaçqın Mükafatı” ilə təltif olunduğunu xatırladıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını deyib. O, Azərbaycanın çətin günlərində ona yardım edən hər bir ölkə və təşkilata, o cümlədən Yaponiyanın “Fuji Optical” şirkətinə minnətdarlığını bildirib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tereyuki Katori humanitar missiyanın 15 illiyinin qeyd edilməsinin qürurverici olduğunu deyib. Səfir Yaponiyanın Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Qeyd edək ki, bu il, “Fuji Optical” şirkəti BMT QAK-a 3300 eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. Şirkət mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün ərzində eynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.