Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Azərbaycan Dövlət…
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim…
Davamını oxu...

Ağdamda İftar Süfrəsi Açıldı

15.05.2019-cu il tarixində Gəncliyə Yardım Fondu Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə cəbhə bölgələrindən olan Ağdam rayonunun Quzanlı qəsəbəsində iftar süfrəsi…
Davamını oxu...

Zaqatalada “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlim Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin…
Davamını oxu...

GYF-nin ənənəvi iftar proqramları başladı..

Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq və Ramazan bayramına 3 gün qalmışa qədər davam edəcəkdir.

Eyni zamanda Gəncliyə Yardım Fondu Ramazan ayı boyunca aztəminatlı ailələrə ərzaq yardımları paylayacaq və imkansız ailələrin bayram sevinclərinə vəsilə olacaqdır. Bu müqəddəs ayda yetimlərin, kimsəsizlərin, kasıbların və köməyə ehtiyacı olan ailələrin iftar sevinci və  bayram abı-havası Gəncliyə Yardım Fondunda yaşanacaq.

Bu vəsilə ilə Gəncliyə Yardım Fondu bütün Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edir və  hər kəsin orucunun qəbul olunmasını Allahdan diləyir.

Qeyd: Xeyriyyəçi insanlarımız Fondumuzda təşkil olunan iftarlara öz maddi dəstəklərini göstərə və ayrıca iftarların təşkilində iştirak edə bilərlər.