Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

Gəncliyə Yardım Fondunun konfrans zalında Aziz Mahmut Hüdayi Vəqfinin dəstəyi ilə fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və tezlkilə işğal altında olan Qarabağ torpaqlarında iftar süfrələrinin açılmasını Uca Allahdan təmənni edib.

Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli  Gəncliyə Yardım Fondunun hər zaman şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, bu kimi fəaliyyətlərini davamlı olduğunu vurğulayaraq yüksək qiymətləndirdiyi bildirib. Daha sonra çıxış edən  General-mayor İsgəndər Allahverdiyev də qonaqlara qardaşlıq və yardımlaşma duyğularından danışaraq fond rəhbərliyinə belə iftar süfrələrini təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O həmçinin öz çıxışında Qarabağ torpaqlarında canlarını fəda etmiş igid, mərd övladlar yetişdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələrinə ərzaq paketləri paylanıb.