Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Orta Məktəblərdə Radikalizmin Zərərləri Haqqında Maarifləndirmə Tədbirləri Davam Edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Bakı Şəhəri 128 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda məktəbin müəllim heyəti və şagirdləri iştirak edib.

Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə və vətəndaşlara vurduğu zərərləri haqqında tələbələrə geniş məlumat verilib. Mövzu haqqında danışan Əziz Sultanov  dünyanı cənginə almış radikalizmin bəzi din düşmənçiliyi edən qüvvələr qərəfindən İslam dininin bir predmenti kimi təqdim edilməsinin də yol verilməz olduğunu qeyd edib.  Natiq öz çıxışında onu da vurğulayıb ki, din insanlara davamlı olaraq sevgini, mərhəməti və tolerantlığı aşıladığı halda radikalizm başqalarına qarşı nifrəti və qərəzliliyi təlqin edir. O eyni zamanda bu mövzularda doğru qaynaqlardan maariflənməyin də zəruri olduğunu qeyd edib.

Seminarlar təhsil müəssiəslərinin rəhbərliyi tərəfindən təyin  edilmiş tələbə və şagirdlərə mövzunun  mütəxəssisləri tərəfindən keçirilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular seminar iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Sumqayıq, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə radikalizimdən uzaq dini maarifləndirmənin, milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.