Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Kitablar İşıq Oldu - “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq…
Davamını oxu...

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda…
Davamını oxu...

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” adlı seminarı baş tutdu. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondunun əmkdaşları və Bakı ‎Gənclik ‎Akademiyasının tələbələri iştirak etmişdir.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎vermişdir.

Ev sahibi Gəncliyə ‎Yardım ‎Fondunun prezidenti Ahmet Tecim Qonağı salamlayaraq gənclərlə görüşə gəldiyi üçün təşəkkür edib. Gəncliyə ‎Yardım ‎Fondunun prezidenti Ahmet Tecim gənclərə Milli-mənəvi ruhda yetişməyin nə dərəcədə önəmli olduğunu qeyd edib. Bunun üçün onlara daha çox çalışmaq lazım olduğunu deyib.

Dr. Alican Tatlı, tarixdən günümüzə qədər gəlib gedən bir necə xeyriyyəçilər barəsində bəhs edib. Xeyriyyəçilik fərdi olduğu kimi eyni zamanda vəqflər vasitəsi ilə də həyata keçirilir. Sırf bir xeyriyyə məqsədi ilə qurulan vəqflər olduğu kimi eyni zamanda bir neçə funksiyanı yerinə yetirən vəqflərdə var. Natiq insanların xeyirlisi insanların ən çox işinə yarayanı, malların ən xeyirlisi Allah yolunda vəqf olunanı, Vəqflərin ən xeyirlisi isə ən çox ehtiyacı olanı qarşılayandır fikrini səsləndirdi. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırdı. 

Sonda isə Gəncliyə Yardım Fondunun hədiyyəsi Alican Tatlıya ‎təqdim edilib və xatirə şəkli çəkdirilib.