Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, Gəncliyə Yardım Fondunun əməkdaşları və  KİV nümayəndələri iştirak ediblər.
Tədbir üç il əvvəl iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd zamanı baş verənlər, habelə o gün həlak olanların və yaralananların şəkillərin nümayiş etdirilməsi ilə başlayıb, ardından çevirilişdən bəhs edən film göstərilib.
Sonra çıxışçılara söz verilib.

Səfir Erkan Özoral çıxış edərək bildirib ki, həmin hadisədə şəhid olanları hörmətlə anırıq. Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm."
Diplomat daha sonra vurğulayıb ki, kimsə türk millətinin iradəsinə qarşı çıxa bilməz: "Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüşü fərqli olmasına baxmayaraq, hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq."
Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.
“15 iyulda baş verənlər Türkiyə tarixinin ən qanlı hadisəsidir”
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəriVolkan Bozkır sözügedən tədbirdə deyib.
O bildirib ki, 15 iyulda baş verənlər terror aktı idi: “Bu, dövlətə, millətə qarşı xaincəsinə edilmiş bir hərəkət idi. Biz indi şəhidlərin sayəsində rahat yaşayırıq”.
V. Bozkır üç il əvvəl göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında 15 iyul hadisələrindən sonra Türkiyənin daha da gücləndiyini deyib: "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri çoxsaylı tədbirlərdə iştirak edir. İki ölkə arasında münasibətlər parlament səviyyəsində də uğurla inkişaf edib. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Ulu öndər Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsini hörmətlə anırıq".
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Hadisə nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.