Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Kitablar İşıq Oldu - “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq…
Davamını oxu...

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda…
Davamını oxu...

Şəkidə “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlim Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  davam edir.  Zaqatala rayonu Muxax Kəndi 2 Saylı orta məktəbdə və Tala kəndi 4 saylı orta məktəbdə verilən maarifləndirmə seminarından sonra Şəki şəhər “Məram Gənclik İnkişaf Mərkəzi”ndə gənclər üçün seminarlar təşkil olunub. Təşkil edilən seminarda gənclər fəal iştirak edib.

Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə və vətəndaşlara vurduğu zərərləri haqqında şagirdlərə geniş məlumat verilib. Mövzu haqqında danışan Müşfiq Nəcəfov  dünyanı cənginə almış radikalizmin bəzi din düşmənçiliyi edən qüvvələr tərəfindən İslam dininin bir predmenti kimi təqdim edilməsinin də yol verilməz olduğunu qeyd edib.  Natiq öz çıxışında onu da vurğulayıb ki, din insanlara davamlı olaraq sevgini, mərhəməti və tolerantlığı aşıladığı halda radikalizm başqalarına qarşı nifrəti və qərəzliliyi təlqin edir. O eyni zamanda bu mövzularda doğru qaynaqlardan maariflənməyin də zəruri olduğunu qeyd edib.

Seminarlar təhsil müəssiəslərinin rəhbərliyi tərəfindən təyin  edilmiş tələbə və şagirdlərə mövzunun  mütəxəssisləri tərəfindən keçirilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular seminar iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə radikalizimdən uzaq dini maarifləndirmənin, milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.