Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin  könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslanın rəhbərlik etdiyi nümayəndə heyəti  də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎