Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Türklərinin Tarixi İlə Əlaqəli Romanların Təqdimatı Keçirilib

Bu gün Bakı Yunus Əmrə İnsititutunun təşkilatçılığı ilə  TRT-nin sabiq əməkdaşı, ssenarist, rejissor və roman yazarı Nadir Doğanın Xəzər Türklərinin tarixi ilə əlaqəli “Togarmanın Çocukları”, “Kuzeye Yolculuk” və “Altın Bozkırlar”…
Davamını oxu...

Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Dünya Dini Liderlərinin II sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş və rəhbərlik etdiyi nümayəndə heyəti, T.C. Bakı Böyükeliçisi Erkan…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib

9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan…
Davamını oxu...

Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib

Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib.

Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması, ölkələrimizin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Dünya Türk Biznes Şurasının sədri Nail Olpak bildirib ki, 2007-ci il dekabrın 26-da Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində yaradılan Dünya Türk Biznes Şurasının məqsədi xaricdə pərakəndə formada təşkilatlanan, türk lobbisinin fəallaşdırılması üçün çalışan və beynəlxalq şirkətlərdə söz sahibi olan türk iş adamlarını bir platforma ətrafında toplamaqdır.

Çətin vəziyyətlərdə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və Türkiyənin də Azərbaycana lazımi köməyi heç vaxt əsirgəmədiyini qeyd edən N.Olpak deyib: “Ölkələrimiz birgə ticari fəaliyyəti göstərdikləri üçün qardaş deyil, qardaş olduqları üçün qarşılıqlı ticarət aparırlar. Bu əlaqələri daha da inkişaf etdirmək üçün çalışacağıq. Dünya Türk Biznes Şurası bütün türk dünyasının xaricdə fəaliyyət göstərən iş adamlarını əlaqələndirməyi, problemlərin həlli istiqamətində kömək göstərməyi, türk lobbisini xaricdə geniş ictimaiyyətə tanıtdırmağı, mövqelərini daha da möhkəmləndirməyi hədəfləyib”.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Görüş iştirakçılarını salamlayan Türkiyə Prezidenti deyib: “Sizi öz vətənimizdən ayırmadığımız Azərbaycanda salamlayıram. Burada özümüzü qonaq kimi yox, öz evimizdəki kimi hiss edirik. İndi təbii ki, Türk Şurasının Zirvə Görüşündə “Biz altı dövlət, yeganə millətik” deyirik. Azərbaycan kimi Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı və Türkmənistanı özümüzdən ayrı hiss etmirik”.

Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Zirvə Görüşünün türk dünyasında iqtisadi və ticari əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “Eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlar birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlirlər. VII Zirvə Görüşünü keçirəcəyimiz Türk Şurası bu istiqamətdə son zamanlarda tətbiq etdiyimiz ən mühüm əməkdaşlıq mexanizmidir. Bu yaxınlarda Özbəkistan Şuraya tamhüquqlu üzv qəbul edilib və Macarıstanın Şuraya müşahidəçi üzv kimi qəbul edilməsi təşkilatın gələcəyi üçün mühüm uğurdur. Bu il 10 illik yubileyini qeyd edən Türk Şurasının Türkmənistanın tamhüquqlu üzvlüyü ilə öz mövqeyini möhkəmləndirəcəyinə inanıram. Məqsədimiz və arzumuz tək bir qardaşımızın və soydaşımızın da kənarda qalmadığı güclü və əhatəli bir birlik yaratmaqdır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək deyib ki, xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının üzərinə çox ciddi missiya düşür: Belə bir dövrdə dövlətlərarası dostluğun diaspor təşkilatları arasında da formalaşdırılması zərurətdir. Bu zərurəti Prezident İlham Əliyev hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısındakı çıxışı zamanı aydın şəkildə səsləndirib və strateji bir vəzifə kimi qarşıya qoyub.

Komitə sədri deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi olaraq ümumtürk diasporunun formalaşdırılması üçün əməli addımlar üzərində müzakirələr aparılır. İlkin mərhələdə, türk diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması nəzərdən keçirilir. Komitə tərəfindən “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı ilkin razılıq əldə olunub. Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş komitə ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır.

Tədbirdə Türkiyə və Azərbaycan biznes dairələrinin və təşkilatlarının nümayəndələri, akademiklər və rəsmi qurumların təmsilçiləri türk dünyasının birliyindən, Türk Şurasına üzv ölkələrin siyasi və iqtisadi əlaqələrinin inkişafından danışıb, birgə diaspor fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.