Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib

altNoyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşları ilə açıq elan edilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Yunus Əmrə İnstitutunun Bakı ofisinin direktoru Doç.Dr.Cihan Özdəmir, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının başqanı Əkbər Qoşalı, T.C. Bakı Böyükelçiliyinin Mədəniyyət Müşaviri İrfan Çiftçi,  Milli Məclisin deputatı Qənirə Paşayeva gecədə çıxış edərək öz əsərləri ilə bütün türk dünyasının mədəni inkişafına böyük töhfələr vermiş İmadəddin Nəsiminin həyat və yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, dahi şairin irsi əbədiyaşardır, o, türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Nəsimi yaradıcılığının qorunub saxlanması və təbliği üçün belə tədbirlərin keçirilməsinin mühümlüyü vurğulanıb.

Sonra tədbir Türkiyə Cümhuriyyəti İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof.Dr. İrfan Gündüzün mövzu ilə əlaqəli maraqlı məruzələri və yenə klassik türk musiqiçisi Endər Doğanın  könülləri oxşayan konsert proqramı ilə davam edib.

Tədbirdə siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, alimlər, QHT rəhbərləri iştirak ediblər.

alt

alt

alt

alt

alt

 

alt

alt

alt

alt

alt

 

alt