Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib. Ziyarət əsnasında…
Davamını oxu...

GYF Gənclərə Dəstək Olmağa Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan  12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

GYF-də "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" Adlı Konfransı Keçirilib

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olub. Daha sonra 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad edilib, Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 30-cu ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması məqsədilə baş tutub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir”. deyib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib. Azərbaycan dövlətinin hər zaman gənclər siyasətinə böyük önəm verir vurğulayıb. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edib.  20 yanvar  faciəsinin xalqımızın qəhrəmanlıq səlnaməsi olduğunu xüsusi olaraq qeyd edərək gənclərə bu hadisəni unutmamağı və unutdurmamağı tövsiyyə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Oruc tariximizdə vətənlərimiz azadlığı və istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərin gələcək nəsillər tərəfindən tanınmasının əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Tərəqqi Gəclər Mərkəzinin sədri Şahalı Cəlilov Gəncliyə Yardım Fondunun həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib və gənc nəslin maarifləndirilməsinin əhəmiyyətindən danışıb. .

Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.