Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi Temel Hazıroğlu Gəncliyə Yardım Fondunu ziyarət edib.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Temel Hazıroğlu da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎

Qeyd edək ki, MÜSİAD Bakı Təmsilçiliyinin təşkilatçılığı ilə Temel Hazıroğlunun Bakıda “Qatılım Fəlsəfəsi və Humanitar İqtisadiyyat” mövzusunda konfransı təşkil edilib və maraqlı mövzuları özündə əhatə edən konfransda müxtəlif sektorlardan olan qonaqlar iştirak edib.