Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ahmet Tecim səfir Erkan…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu…
Davamını oxu...

İlham Əliyev Erkan Özoralın Fəaliyyətini Yüksək Dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”. Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib. “Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda…
Davamını oxu...

Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif Nəbiyev gənclərlə görüşüb. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondu təhsil şöbəsinin əməkdaşları və Bakı İstedadlı ‎Gənclər ‎Akademiyasının tələbələri iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.

Yusif Nəbiyev gənclərə  “Yarı Ömür (Half-Life)” mövzusunda danışıb və müasir dünyada yenilənən texnologiyaya əsasən köhnələn ixtisas və biliklər haqqında geniş məlumatlar verib. Alınan məlumatın qısa zamanda köhnəlməsi və bir neçə il sonra ümumiyyətlə istifadə olunmaması səbəbilə hər gün öz ixtisası üzrə yeniliklər öyrənməyən şəxsin bir neçə il sonra işsiz qalma ehtimalının yüksək olduğunu qeyd edib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb. Sonda isə qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkilib.