Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin iştirakı ilə birlikdə baş tutan xeyriyyə fəaliyyətini yerli əhali yüksək qiymətləndirib və dövlət rəhbərliyinin hər zaman onları düşündüyünü qeyd ediblər. Onlar eyni zamanda Gəncliyə Yardım Fonduna da bu mübarək günlərdə onları unutmadıqları üçün öz təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Gəncliyə Yardım Fondu COVID-19 pandemiyası səbəbilə dövlətimizdə yaranan karantin günlərində vaxt aşırı olaraq 65 yaş üzərində olan ehtiyac sahibi ailələrin ünvanlarını ziyarət etmiş və onları zəruri qida ehtiyacları ilə təmin etmişdir. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.