Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Gənc Qıza Dəstəyini Gecikdirmədi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti tərəfindən son günlərdə erməni vandalizminin qurbanlarından biri Beylaqan rayon sakini Məmmədova Sevinc Mayıs Qızı hazırda yaşadığı Lökbatan Qəsəbəsində ziyarət edilib.‎ Qeyd edək ki, Sevinc Məmmədova…
Davamını oxu...

Gəncliyə Yardım Fondu (GYF) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Gəncliyə Yardım Fondu Azərbaycan ordusuna dəstək aksiyasına qoşulub. 5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 2 (iki) min manat vəsait köçürüb. Məqsəd düşmənin hərbi təxribatının qarşısının…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələrə Yardımlar Paylanıb

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF 52 Yaşlı Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Baki şəhəri, Hövsan Qəsəbəsində yaşayan II qrup Qarabağ müharibəsi əlili Həsrətqulu Rəhimovu yaşadığı ünvanda ziyarət edib.‎ Fond…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyi ziyarət ediblər.

Ziyarət əsnasında abidələr qarşısına qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Qeyd olunub ki, 2001-ci ildən başlayaraq hər ilin Bakının işğaldan azad olunması münasibətilə ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Türkiyənin Azərbaycandakı Səfirliyi ilə birgə silsilə tədbirlər, elmi praktik konfranslar, rəsm sərgiləri, jurnalistlər arasında müsabiqə, idman yarışları və s. keçirir.

Bildirilib ki, pandemiya şəraitinə görə bu ilki konfrans və rəsm sərgisi də online şəkildə təşkil ediləcək. Konfransda Azərbaycan və Türkiyənin ehtiyatda olan generalları, qazilər, millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının sədrləri, qəzet baş redaktorları, jurnalistlər də iştirak edəcəklər.