Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

“20 Yanvar – Hüzn Və Milli Qürur Günümüz” Adlı Onlayn Konfrans Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – Hüzn və Milli Qürur Günümüz” adlı onlayn konfrans keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Daha sonra fond nümayəndələri Türk şəhidlərinin xatirəsinə ucaldılmış…
Davamını oxu...

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin…
Davamını oxu...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral…
Davamını oxu...

Zəfərin Mübarək Azərbaycan!

Həsrətimiz vüsala döndü...

Bu qədər illər sonra həsrətimizi dindirən, Qarabağ torpaqlarımıza olan hicranımızı vüsala çevirən və bu mübarək zəfəri lütf edən Rəbbimizə sonsuz şükürlər olsun.

Azərbaycanın şücaətli Dövlət Rəhbəri cənab İlham Əliyev bütün təqdir və təriflərə layiqdir.  Bu haqlı mübarizəmizi dəstəkləyən Türk dövlət və millətinə də təşəkkür edirik.

Bu mübarizədə fədakarcasına vuruşub qazi olan vətən övladlarımıza Rəbbimizdən şəfalar diləyir, vətən uğrunda ən şirin canlarını fəda edib şəhid olan əsgərlərimizə də Rəbbimizdən şəhadətlərini mübarək, məqamlarını uca etməsini niyaz edirik. Ruhları şad, məkanları cənnət olsun.

Ey Rəbbimiz! Bu mübarək zəfəri maddi və mənəvi yeni dirilişlərə, fəthlərə və gözəlliklərə vəsilə qıl! Amin.

Gəncliyə Yardım Fondunun prezidenti

          Ahmet TECİM