Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ahmet Tecim səfir Erkan…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu…
Davamını oxu...

İlham Əliyev Erkan Özoralın Fəaliyyətini Yüksək Dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”. Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə…
Davamını oxu...

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib. “Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda…
Davamını oxu...

Bakı Məktəbliləri Arasında “HƏR ŞƏHİD BİR ÇİNARDIR” Adlı Yazı Müsabiqəsi Elan Edilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinə start verilib.  Müsabiqə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi,  Dünya Gənc Türk Yazarlar Birliyi və Light Up Training Platformun  təşkilatçılığı ilə həyata keçirilir.  

Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.

 Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak edə bilərlər. Yazılan yazılar hər hansı yerdə yayımlanmış olmamalı və yaxud hər hansı mənbədən alınmamalıdır. Yazıda şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Yazılar Azərbaycan dilində yazılmalı və 600 sözü keçməməlidir.  Yazıları göndərmək üçün son tarix isə 28 apreldir. Yazıları Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.  adresinə göndərə və müsabiqə haqqında geniş məlumat əldə edə bilərsiniz.

Müsabiqədə qalib olmuş itirakçılar təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.