Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və…
Davamını oxu...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində  Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə…
Davamını oxu...

Əngəlləri Birlikdə Aşırıq

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 32…
Davamını oxu...

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid…
Davamını oxu...

Millət vəkilləri tələbələrimizi nailiyyətlərinə görə təbrik etdilər

    Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

    Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.

    Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan dünyada xarici dilləri və kompyuter elmlərini öyrənməyin əhəmiyyətindən danışdı. Natıq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə gözstərilən dövlət qayğısını xüsusi qeyd etdi. Tədbirdə çıxış edən Millət vəkilləri Fazil Mustafa və Sevinc Hüseynova bütün tələbələri bu gözəl gün münasibətilə təbrik etdilər və Gəncliyə Yardım Fondunun bu uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildirdilər. Tədbirdə tələbələrə öz təbrikini canlı musiqisi ilə çatdıran sevimli müğənni Zeynəb Dostəliyeva gəncliyimizin milli ruhda yetişməsinə çox sevindiyini qeyd etdi.  Tədbirdə eyni zamanda 18 mart Çanaqqala şəhidlərinin anım günü münasibətilə şəhidlərin ruhuna ithaf olunan canlı musiqilər də  səsləndirildi.

    Qeyd edək ki, mərasimdə 68 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 8-i ebru 16-sı kompyuter, 15-i ingilis, 14-ü rus və 15-i ingilis dili danışıq kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

    Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.