Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

Gəncliyə Yardım Fondu Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan 2000 ehtiyac sahibi ailəyə yardım kampaniyasında yaxından iştirak edib.  Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Qızıl…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb. Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə Köçürüb

Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçla görüşüb

     15.09.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçla görüşüb.  Türkiyənin ölkəmizdəki səfiri kimi səlahiyyət müddəti başa çatmış cənab Hulusi Kılıç görüş əsnasında Gəncliyə Yardım Fondunun  Azərbaycandakı uğurlu fəaliyyətlərini yüksək qiymətləndirdiyini dilə gətirib.

     Türk diplomat Azərbaycanda fəaliyyət göstərdiyi 4,5 il ərzində iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etdiyini söyləyib. H. Kılıç burada ona göstərdikləri dəstəyə və anlayışa görə başda Prezident İlham Əliyev olmaqla hökumət nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına və media orqanlarına təşəkkür edib. “Ən böyük təşəkkürüm isə Azərbaycan xalqınadır”, - səfir deyib. Diplomat bundan sonrakı fəaliyyəti dövründə də daim Azərbaycanın mənafeyini qoruyacağını vurğulayıb. Səfir Prezident İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xatırladaraq, buna görə ölkə başçısına təşəkkür edib.

     Görüşün sonunda Gəncliyə Yardım Fondunun perezidenti cənab Ahmet Tecim səfir Hülusi Kılıca fond kollektivi adından təşəkkür plaketi hədiyyı edib və xatirə şəkilləri çəkilib.