Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

Gəncliyə Yardım Fondu Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan 2000 ehtiyac sahibi ailəyə yardım kampaniyasında yaxından iştirak edib.  Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Qızıl…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb. Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə Köçürüb

Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

GƏNCLİYƏ YARDIM FONDUNUN QURBAN FƏALİYYƏTİ

5000-dən artıq ailəyə qurban əti paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fondumuz o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylamaqdadır. 2012-ci ildə fondumuz xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirmişdir.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilmişdir. Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecimin bu yaxınlarda cəbhə bölgələrinə ziyarətindən sonra alınan qərara görə bu il də kəsilən 20 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə  başda Bərdə rayonu Təklə kəndi, Ləmbəran kəndi və Göygöl rayonu Murovdağ qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə paylanmışdır. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanmışdır. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksıyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.

Heyvanların kəsiminə 26.10.2012-ci il saat 10 00-dan start verilmişdir.

Mətbuat Şöbəsi