03.12.19 10:29 ərzində olan dəyişikliklər Yazan Administrator 03.12.19 10:22
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli oğlunu yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan 32 yaşlı Əsgərov Anar Əli oğluna əlil arabası təqdim edilib. Məlum olub ki, Anar bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.
29.11.19 15:37 ərzində olan dəyişikliklər Yazan Administrator 29.11.19 10:31
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı)Filialının birgə təşkilatçılığı ilə Bakıda yaşayan imkansız məcburi köçkünlərin və digər kateqoriyadan olan insanların azyaşlı oğul övladları üçün sünnət mərasimi keçirildi.
25.10.19 11:40 ərzində olan dəyişikliklər Yazan Redaktor 23.10.19 17:30
Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi
Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat Müşaviri Hüseyin Altunalan, məktəbin şagirdləri müəllim heyəti və mətbuat nümayəndələri iştirak edib. Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə yaxından tanış olub və sinif otaqlarını dərs əsnasında ziyarət ediblər.
13.08.19 15:59 ərzində olan dəyişikliklər Yazan Administrator 13.08.19 14:51
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.
10.08.19 14:17 ərzində olan dəyişikliklər Yazan Administrator 10.08.19 14:11
Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Səhifə 1 > 22-dəan