Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

İnsani Yardım

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

15.05.19 14:11 ərzində olan dəyişikliklər Yazan Administrator 13.05.19 14:21

Gəncliyə Yardım Fondunun konfrans zalında Aziz Mahmut Hüdayi Vəqfinin dəstəyi ilə fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və tezlkilə işğal altında olan Qarabağ torpaqlarında iftar süfrələrinin açılmasını Uca Allahdan təmənni edib.

Davamını oxu...

 

GYF-dən Mübarək Ayda Mübarək Əməl

Yazan Administrator 10.05.19 18:52

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu Mıxlıqovaq kəndində ‎bədən hərəkət qabiliyyəti olmayan Şirinova Gülnar Ramin qızını yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Şirinova Gülnar Ramin qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Gülnar balanın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Davamını oxu...

 
 

Bakıda “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlimlərə Start ‎Verildi

08.05.19 18:08 ərzində olan dəyişikliklər Yazan Administrator 08.05.19 17:50

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  başlayıb. Layihənin  davamı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin tələbələrinə  maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri  iştirak edib.

Davamını oxu...

 
 

GYF-nin ənənəvi iftar proqramları başladı..

08.05.19 17:49 ərzində olan dəyişikliklər Yazan Administrator 08.05.19 00:00

Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq və Ramazan bayramına 3 gün qalmışa qədər davam edəcəkdir.

Davamını oxu...

 
 

“Sabahlara Ümid Ol” Layihəsinin İcrası Tam Gücü İlə Davam Edir

Yazan Administrator 07.05.19 11:56

Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrası tam gücü ilə davam edir. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur. 

Davamını oxu...

 
 

Səhifə 4 > 22-dəan