|
09.10.19 10:35 ərzində olan dəyişikliklər Yazan Administrator 09.10.19 10:20
Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə təşkil olunub.
28.09.19 11:27 ərzində olan dəyişikliklər Yazan Administrator 16.09.19 11:36
Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.
Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının və 101 ədəd Türkiyə Respublikasının dövlət bayraqlarını daşıyıblar.
11.09.19 14:52 ərzində olan dəyişikliklər Yazan Administrator 11.09.19 14:37
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xocalılı Ləfixanım” adlı sənədli filmin təqdimatı keçirilib. Film “Əlil qadınlar” Cəmiyyətinin layihəsi əsasında Azərbaycan Respublikası Prezidentinin QHT-na dövlət dəstəyi şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Ekran əsəri Xocalı soyqırımına həsr olunub. Təqdimat mərasimində Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.
18.06.19 11:57 ərzində olan dəyişikliklər Yazan Administrator 17.06.19 11:24
01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə Yardım Fondu və Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda təhsil alan universitet tələbələri arasında Futbol yarışı təşkil edilmişdir.
22.07.19 16:03 ərzində olan dəyişikliklər Yazan Administrator 26.05.19 00:00
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına davam edir. Zaqatala rayonu Muxax Kəndi 2 Saylı orta məktəbdə və Tala kəndi 4 saylı orta məktəbdə verilən maarifləndirmə seminarından sonra Şəki şəhər “Məram Gənclik İnkişaf Mərkəzi”ndə gənclər üçün seminarlar təşkil olunub. Təşkil edilən seminarda gənclər fəal iştirak edib.
24.05.19 15:13 ərzində olan dəyişikliklər Yazan Administrator 24.05.19 11:40
Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının (BİGA) təşkilatçılığı ilə müxtəlif universitetlərdə oxuyan tələbələr üçün iftar süfrəsi açılıb. Tədbirdə 200-dən artıq tələbə iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun təhsil koordinatoru Rüfət Şirinov tələbə gənclərə fondun fəaliyyətləri haqqında məlumat verib və gənclər üçün yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən fondun icraçı katibi Sedat Demir qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.
Səhifə 5 > 47-dəan