|
27.03.12 10:06 ərzində olan dəyişikliklər Yazan Administrator 07.03.12 00:00
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) sədri cənab Süleyman Şənsoy və Strateji Araşdırmalar Mərkəzinin (SAM)...
09.03.12 14:55 ərzində olan dəyişikliklər Yazan Administrator 02.03.12 18:55
Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində nəşri,...
29.02.12 16:23 ərzində olan dəyişikliklər Yazan Administrator 29.02.12 16:02
İstanbulun “Taksim” meydanında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş aksiya başa çatıb. Aksiyada Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak ediblər. Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törədikləri vurğulanıb...
26.02.12 19:03 ərzində olan dəyişikliklər Yazan Administrator 26.02.12 15:10
26 fevral 14:00-da Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Taksim meydanında təşkil ediləcək yürüşdə iştirak etmək və insanlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.
Tədbirdə bir çox hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, nüfuzlu elm adamları və müxtəlif universitetlərin tələbələri iştirak edib.
24.02.12 15:58 ərzində olan dəyişikliklər Yazan Administrator 24.02.12 15:24
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Xocalı Soyqrırımının XX ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmiş, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmişdir.
28.02.12 17:52 ərzində olan dəyişikliklər Yazan Administrator 21.02.12 14:35
21 Fevral 2012-ci il tarixində Gəncliyə Yardım Fondunda “Xocalını unutma!” devizi altında möhtəşəm tədbir keçirilmişdir.
Hər birimizə məlum olduğu kimi1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır.
Səhifə 46 > 47-dəan