|
18.04.21 14:34 ərzində olan dəyişikliklər Yazan Administrator 18.04.21 14:27
16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Ahmet Tecim səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycandakı fəaliyyəti dövründə Gəncliyə Yardım Fondunun fəaliyyətlərinə dəstək olduğu üçün ona öz dərin təşəkkürünü bildirib. O, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
10.04.21 19:47 ərzində olan dəyişikliklər Yazan Administrator 10.04.21 19:44
“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”.
Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.
“Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi”, - deyə İ.Əliyev bildirib.
05.03.21 13:39 ərzində olan dəyişikliklər Yazan Administrator 05.03.21 13:34
Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü münasibəti ilə təşkil olunmuş görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli iştirak edərək Azərbaycan qadınlarının qeyrət və mətanətindən danışıb və qadınlarımızın 44 günlük Vətən Müharibəsindəki rolunu yüksək qiymətləndirib.
Yazan Administrator 20.02.21 14:03
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım Gəncliyə Yardım Fondunun qonağı olub. Qonağa fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib.
Fondun əməkdaşları ilə görüşən Sərdar Yıldırım, bütün dünyanın diqqət mərkəzində olan kosmik yeniliklər və bu istiqamətdə aparılan işlər haqqında danışıb. O, eyni zamanda bu istiqamətdə bir çox uğurlara imza atmış və inkişaf etmiş dövlətlərlə rəqabətə girmiş Türkiyənin qardaş Azərbaycan dövləti ilə birlikdə bu sahədə əməkdaşlığa hazır olduğunu da qeyd edib. Qonaq ona ünvanlanan sualları cavablandırıb.
06.02.21 16:02 ərzində olan dəyişikliklər Yazan Administrator 05.02.21 15:19
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
19.01.21 17:29 ərzində olan dəyişikliklər Yazan Administrator 19.01.21 16:39
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Daha sonra fond nümayəndələri Türk şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini də ziyarət edib.
Səhifə 1 > 15-dəan