|
16.09.19 11:20 ərzində olan dəyişikliklər Yazan Administrator 16.09.19 10:44
Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali məktəblərə qəbuy olunmuş məktəblilər fondun təhsil şöbəsinin rəhbərliyi ilə görüşüb. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri yazıçı, publisist, müstəqil jurnalist Səriyyə Cəfərovanın təşkilatçılığı ilə baş tutan görüşdə Xocalı rayon icra nümayəndəsi Xəlil Vəliyev və fondun təhsil koordinatoru Rüfət Şirinov çıxış edərək gəncləri ali məktəb imtahanlarında yüksək nəticə göstərdikləri üçün təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbirdə iştirak edən Xocalı sakinləri eyni zamanda ölkə xaricində yüksək təhsil alıb Azərbaycanda fəaliyyət göstərən İqtisad Universitetinin müəllimləri Anar İbrahimov və onun bacısı Nərmin İbrahimova də yeni tələbə adını qazanmış gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıblar.
18.07.19 17:19 ərzində olan dəyişikliklər Yazan Administrator 18.07.19 17:11
Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı müəllif tərəfindən imzalanaraq hədiyyə edilib.
17.07.19 14:04 ərzində olan dəyişikliklər Yazan Administrator 17.07.19 13:54
Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr edilməsinə baxmayaraq oxucular tərəfindən böyük rəğbətlə qarşılanan Az-Öz Hekayələr kitabının müəllifi Eldar Kərimov yay düşərgəsinin uşaqları ilə görüşüb. Müəllif uşaqlarla söhbətində onların intellektual səviyyələrini yoxlamaq üçün maraqlı suallar ünvanlayıb və verilən cavabları dəyərləndirib. Uşaqlara vətənə, millətə faydalı övlad olmaları üçün savadlı və əxlaqlı olmalarını tövsiyə edib. Daha sonra fondun təhsil şöbəsinin təşəbbüsü ilə düşərgənin böyük yaş qruplarından olan uşaqlara müəllifin imzası ilə kitablar təqdim edilib. Sonda xatirə şəkili çəkilib.
18.06.19 13:26 ərzində olan dəyişikliklər Yazan Administrator 18.06.19 12:30
16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” adlı seminarı baş tutdu. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları və Bakı Gənclik Akademiyasının tələbələri iştirak etmişdir.
17.06.19 11:24 ərzində olan dəyişikliklər Yazan Administrator 17.06.19 10:58
Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib. 14 iyun tarixində məktəbin Son zəng proqramında hədiyyələr təqdim olunub.
31.05.19 16:48 ərzində olan dəyişikliklər Yazan Administrator 31.05.19 16:32
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin davamı olaraq Bakı Şəhəri 309 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda məktəbin müəllim heyəti və şagirdləri iştirak edib.
Səhifə 3 > 16-dəan