|
01.02.19 17:48 ərzində olan dəyişikliklər Yazan Administrator 01.02.19 16:30
2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tələbələr arasında üç günlük kitab oxuma düşərgəsi həyata keçirib. Burada tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxumaqla bərabər, sosial fəaliyyətlərdə və seminarlarda iştirak ediblər. Kitab oxuma düşərgəsində təxminən 70-ə yaxın Azərbaycanın müxtəlif universitetlərinin tələbələri iştirak edib. Proqramın yekun mərhələsi isə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutub. Tələbələr burada oxuduqları kitabları müzakirə edib və qazandıqları bilgiləri bir-birləri ilə paylaşıblar.
24.01.19 09:18 ərzində olan dəyişikliklər Yazan Administrator 22.01.19 14:57
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
15.12.18 14:56 ərzində olan dəyişikliklər Yazan Administrator 15.12.18 14:15
15 Dekabr 2018-ci il tarixində GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri, UNEC-in “Menecment” kafedrasının müəllimi Ruslan Atakişiyev və Azərbaycan Dövlət İqtisad universitetinin dissertantı, İqtisadi resusrsların öyrənilməsi təşkilatının maliyyə direktoru Radil Fətullayevin Bakı İstedadlı gənclər akademiyasının tələbələri ilə görüşü olub. Görüşdə Gənclərə Yardım Fondunun rəhbər üzvləri, müəllim heyəti və tələbələr iştirak edib.
03.12.18 11:29 ərzində olan dəyişikliklər Yazan Administrator 03.12.18 10:39
GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.
26.11.18 15:23 ərzində olan dəyişikliklər Yazan Redaktor 26.11.18 11:28
İstedadlı Gənclər Akademiyasının bu həftəki qonaqları Türkyə Cümhuriyyəti Şırnak Universitetinin Dosenti İbrahim Baz və Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimiləri İbrahim Erol və Abdulrahman Acer olub.
Tədbir iştirakçıları əvvəlcə İrfan Jurnalının baş redaktoru Nurlan Məmmədzadənin müqəddəs məkanları özündə əks etdirən foto-sərgisi ilə tanış olublar..
17.11.18 16:57 ərzində olan dəyişikliklər Yazan Administrator 17.11.18 15:04
17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub.
Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov, Bakı İstedadlı Gənclər Akademiyasının gəncləroi və digər qonaqlar iştirak edib.
Səhifə 6 > 16-dəan