|
07.01.20 10:39 ərzində olan dəyişikliklər Yazan Administrator 18.12.19 00:00
14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu. "Məcburi köçkün düşərgəsindən dünyaya" başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi.
Yazan Administrator 07.12.19 00:00
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları və Bakı Gənclik Akademiyasının tələbələri iştirak edib.
12.11.19 08:37 ərzində olan dəyişikliklər Yazan Redaktor 09.11.19 12:54
9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan Gündüzün “Gənclərə Yön Verən Dəyərlərimiz” adlı seminarı baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları , Bakı Gənclik Akademiyasının və müxtəlif universitetlərin tələbələri iştirak edib.
07.11.19 13:06 ərzində olan dəyişikliklər Yazan Administrator 07.11.19 12:42
Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
28.09.19 13:42 ərzində olan dəyişikliklər Yazan Administrator 28.09.19 10:52
16.09.19 11:36 ərzində olan dəyişikliklər Yazan Administrator 16.09.19 11:20
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları Dərnəyinin, Kıbrıs Türk Mukavemet Teşkilatının rəhbər heyəti və üzvlərindən ibarət nümayəndə heyəti Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəlib.
Səhifə 2 > 16-dəan