Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
10.08.19 14:17 ərzində olan dəyişikliklər | Yazan Administrator 10.08.19 14:11
Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb.
O, tədbirdə iştirak edən idman ictimaiyyəti nümayəndələrini nazir Azad Rəhimov adından təbrik edib, onlara işlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.
25.07.19 17:01 ərzində olan dəyişikliklər | Yazan Administrator 25.07.19 12:22
Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı müəllif tərəfindən imzalanaraq hədiyyə edilib.
18.07.19 17:19 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.07.19 17:11
Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr edilməsinə baxmayaraq oxucular tərəfindən böyük rəğbətlə qarşılanan Az-Öz Hekayələr kitabının müəllifi Eldar Kərimov yay düşərgəsinin uşaqları ilə görüşüb. Müəllif uşaqlarla söhbətində onların intellektual səviyyələrini yoxlamaq üçün maraqlı suallar ünvanlayıb və verilən cavabları dəyərləndirib. Uşaqlara vətənə, millətə faydalı övlad olmaları üçün savadlı və əxlaqlı olmalarını tövsiyə edib. Daha sonra fondun təhsil şöbəsinin təşəbbüsü ilə düşərgənin böyük yaş qruplarından olan uşaqlara müəllifin imzası ilə kitablar təqdim edilib. Sonda xatirə şəkili çəkilib.
17.07.19 14:04 ərzində olan dəyişikliklər | Yazan Administrator 17.07.19 13:54
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, Gəncliyə Yardım Fondunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbir üç il əvvəl iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd zamanı baş verənlər, habelə o gün həlak olanların və yaralananların şəkillərin nümayiş etdirilməsi ilə başlayıb, ardından çevirilişdən bəhs edən film göstərilib.
Sonra çıxışçılara söz verilib.
16.07.19 09:55 ərzində olan dəyişikliklər | Yazan Administrator 16.07.19 09:38
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid oğlunu yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan 53 yaşlı Rəşidov İnqilab Vahid oğluna əlil arabası təqdim edilib. Məlum olub ki, İnqilab bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.
11.07.19 10:38 ərzində olan dəyişikliklər | Yazan Administrator 11.07.19 10:36
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Sumqayıt şəhəri, 18-ci mikrorayonda yaşayan və əlillliyi olan 9 yaşlı Məmiyev Murad Mehman oğlunu yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan 9 yaşlı Məmiyev Murad Mehman oğluna əlil arabası təqdim edilib. Məlum olub ki, Muradın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
11.07.19 10:38 ərzində olan dəyişikliklər | Yazan Administrator 11.07.19 10:27
Səhifə 4 > 76-dəan