Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Bakıda Xeyriyyə Sərgisi Açıldı

Bu gün Gəncliyə Yardım Fondunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” açılmışdır. Hər il ənənəvi olaraq təşkil edilən  sərginin açılış mərasimində Gəncliyə Yardım Fondunun İcraçı katibi Nəcməddin Akbulut, Nazirlər Kabineti Aparatının məsul işçisi Abel Qədirov, Millət vəkili Fazil Qəzənfəroğlu, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Din müşaviri Sadiq Eraslan çıxış edərək Fondun həyata keçirdiyi bu və buna bənzər xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndirdiklərini dilə gətirdilər.

15.03.13 16:21 ərzində olan dəyişikliklər | Yazan Administrator 07.03.13 13:43

Davamını oxu...


 

Gənc Yazarla Görüş Keçirildi

Bu gün Gəncliyə Yardım Fondunda  “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazarlar ilə görüş” layihəsi çərçivəsində “Dalğa” romanının müəllifi, “kulis.az”-ın əməkdaşı, gənc yazar Svetlana Turan ilə oxucuların görüşünü  keçirib. Tədbirin aparıcısı “Yeni Üfüq” İctimai Birliyi gənclər şöbəsinin fəalı Səbinə Əliyeva idi. İlk öncə çıxış edən “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Yazarlar ilə görüş” layihəsinin ölkənin ədəbi mühitində olan gənc, istedadlı yazarların tanıdılması və təbliğ olunması yolunda vacib önəmindən danışıb. İstedadlı gənc yazar Svetlana Turan “Dalğa” romanından və ədəbi yaradıcılığından tədbir iştirakçılarına geniş söz açıb.

15.03.13 16:19 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.03.13 10:59

Davamını oxu...

   

“Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi X əl işləri Xeyriyyə Sərgisi”

Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; 

15.03.13 16:16 ərzində olan dəyişikliklər | Yazan Administrator 28.02.13 12:01

Davamını oxu...

   

21 il əvvəl bu gün: Xocalıda soyqırım oldu

Soyqırımı akt nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb 

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 21 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

15.03.13 16:05 ərzində olan dəyişikliklər | Yazan Redaktor 26.02.13 09:58

Davamını oxu...

   

Beynəlxalq Təşkilatlara Xocalı Həqiqətləri Çatdırıldı

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXI ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmişdir, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün on min şəxs və beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmiş, Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilmiş, “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri çıxış etmişdir.

22.02.13 14:46 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.02.13 14:32

Davamını oxu...

   

Türkiyəli Yazıçı Professor Veysel AKKAYA “Gəncliyə Yardım Fondunda” Oxucularla Görüşdü

alt    “İrfan” jurnalının dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, professor Veysel Akkaya bu gün Gəncliyə Yardım Fondunun İdarə Heyətinin üzvləri, İrfan jurnalının redaksiya heyəti və oxucularla görüşüb.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti, Ahmet Tecim qardaş ölkədən gəlmiş dəyərli elm və sənət xadimini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. O, bu səfərin iki qardaş ölkə arasında mədəni əməkdaşlığın gözəl örnəyi olacağına inandığını qeyd edib.

15.03.13 14:48 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.02.13 12:52

Davamını oxu...

   

Gənclər Təşkilatarı Milli Şurasının Məclisinin növbəti iclası GYF-də keçirildi.

16.02.2013-cü il tarixində Gəncliyə Yardım Fondunda Azərbaycan Respublikası Gənclər Təşkilatarı Milli Şurasının Məclisinin növbəti iclası keçirildi.  İclasda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək belə əlamətdar tədbirə ev sahibliyi etdiyinə görə qürür hissi keçirdiyini qeyd etdi. Gənclər Təşkilatarı Milli Şurasının sədri Şahin Seyidzadə də öz növbəsində yaradılmış şəraitə görə fond rəhbərliyə öz dərin təşəkkürünü bildirdi və Fondun uzun illərdir azərbaycan gəncliyinin milli ruhda yetişməsi yolundakı əvəzsiz fəaliyyətindən danışdı.

15.03.13 14:45 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.02.13 12:44

Davamını oxu...

   

Səhifə 71 > 80-dəan

Qarabağ Kİtabı - pdf

Qardaş Köməyİ - pdf

KİTABXANA

Sosİal Fəalİyyətlər

İNSANİ YARDIM

TƏHSİL FƏALİYYƏTLƏRİ

MƏTBUATDA