Türkdilli dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti ictimai birliyi, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə birgə 20 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə və Gəncliyə Yardım Fondunun texniki dəstəyi ilə İstanbul Ticarət Universitetində “Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində “Tarixi mərhələlərdə Türkiyə Azərbaycan münasibətləri və Ermənistan problemi” mövzusunda beynəlxaq konfrans keçirdi. Konfrans İsatnbul Ticarət Universitetinin Rektoru keçmiş dövlət naziri Nazim Əkrəmin açılış nitqi ilə başladı.
03.06.13 13:49 ərzində olan dəyişikliklər | Yazan Redaktor 29.05.13 10:01
Gəncliyə Yardım Fondunun (GYF) və Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşkil etdiyi ənənəvi, sayca 13-cü dini bilik yarışmasına yekun vurulub.
Tədbirin açılış mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov, Gənclər və İdman Nazirliyi İctimai Şurasının sədri Nurəddin Mehdiyev, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və başqaları çıxış etmiş, təşkilatçılar bu ilki müsabiqənin keçirilməsi və təşkilinə dəstək vermiş Səbail Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Gənclər və İdman İdarəsinə də öz təşəkkürlərini bildirmişdilər.
03.06.13 13:48 ərzində olan dəyişikliklər | Yazan Administrator 24.05.13 09:56
Gəncliyə Yardım Fondunun yeni təmir və müasir cihazlarla təchiz edilmiş H. Z. Tağıyev adına konfrans zalının açılış mərasimi keçirildi.
Açılış mərasimində dövət və hökumət nümayəndələri, T.C. Bakı Böyük elçiliyinin müşavirləri,Türkiyə və Azərbaycan tərəfindən uğurlu fəaliyyətə imza atan QHT rəhbərləri iştirak edib.
03.06.13 13:45 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.05.13 15:55
Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış elm xadimi, Dr. Adem Ergül bu gün Gəncliyə Yardım Fondunda Azərbaycanlı oxucularla görüşüb və “Şəxsiyyət Dili və Liderlik” kitabının təqdimatı keçirilib.
18.05.13 14:04 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.05.13 13:49
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb və Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat yolunu özündə əks etdirən video-rolik nümayiş etdirilib.
07.05.13 13:56 ərzində olan dəyişikliklər | Yazan Administrator 07.05.13 12:03
03.05.2013-cü il tarixində Türkiyə Cumhuriyyəti Marmara Universitetinin bir qrup müəllim və tələbə kollektivi Gəncliyə Yardım Fondunun qonağı olub.
Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.
19.05.13 19:47 ərzində olan dəyişikliklər | Yazan Administrator 04.05.13 11:23
2 May tarixində Gəncliyə Yardım Fondunda “İRƏLİ” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin Kitab Klubu layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Şöhrət” ordenli, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.
Görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, gənc yazarlar və fəal gənclər iştirak ediblər.
03.05.13 10:48 ərzində olan dəyişikliklər | Yazan Administrator 02.05.13 18:50
Səhifə 73 > 84-dəan