Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Azərbaycan-Türkiyə Qardaşlıq Parkının Açılış Mərasimində İştirak Edib

Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib. Mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət…
Davamını oxu...

QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası ikinci dönəm fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Koalisiya üzvləri olan təşkilatların rəhbərləri və təmsilçiləri 8…
Davamını oxu...

GYF Ramazan Ayında Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə şəhid və qazi ailələrini ziyarət edir və…
Davamını oxu...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Doç.Dr. Cahit Bağcı ilə Görüşdü

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Doç.Dr.Cahit Bağcı ilə görüşüb. Fondun prezindenti Ahmet Tecim Cahit Bağcıya Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni…
Davamını oxu...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Ahmet Tecim səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycandakı fəaliyyəti dövründə  Gəncliyə Yardım Fondunun fəaliyyətlərinə dəstək olduğu üçün ona öz dərin təşəkkürünü bildirib. O, eyni zamanda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səfir Erkan Özoral da səmimi görüşə görə təşəkkür edib və Gəncliyə Yardım Fondunun Azərbaycan və Türkiyə arasındakı qardaşlıq körpüsünün möhkəmlənməsindəki gələcək fəaliyyətlərində uğurlar azulayıb.