Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Rəhbərliyi Azərbaycan-Türkiyə Qardaşlıq Parkının Açılış Mərasimində İştirak Edib

Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib. Mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət…
Davamını oxu...

QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası ikinci dönəm fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Koalisiya üzvləri olan təşkilatların rəhbərləri və təmsilçiləri 8…
Davamını oxu...

GYF Ramazan Ayında Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə şəhid və qazi ailələrini ziyarət edir və…
Davamını oxu...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Doç.Dr. Cahit Bağcı ilə Görüşdü

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Doç.Dr.Cahit Bağcı ilə görüşüb. Fondun prezindenti Ahmet Tecim Cahit Bağcıya Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni…
Davamını oxu...

GYF Türkiyənin Məşhur Şairi Nurullah Gençi Azərbaycanlı Oxucuları ilə Görüşdürdü

22 aprel tarixində Gəncliyə Yardım Fondu, Elm-İrfan Akademiyası və İrfan İctimai Fikir Jurnalının birgə təşkilatçılığı ilə “Sözün Sirri” adlı vebinar keçirilib. Elm-İrfan Akademiyasının bu dəfəki qonağı Türk dünyasının tanınmış şairi Nurullah Genç olub. İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadənin moderatorluğunu ilə keçirilən onlayn görüşdə azərbaycanlı yazıçı və şair Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu Əkbər Qoşalı da iştirak edib. Əkbər Qoşalı şairin Azərbaycanda qazanmış olduğu sevgi və geniş oxucu kütləsini xüsusi olaraq vurğulayıb.

Daha sonra Nurullah Genç “Sözün Sirri” adlı mövzuda çıxış edib. O, mədəniyyətimizdə sözün dəyərindən, şeirin ecazkarlığından, gənc nəsillərin yetişməsində, milli-mənəvi dəyərlərin inkişafında ədəbiyyatın rolundan danışıb.

Həmçinin, şair doqquz il əvvəl Azərbaycana gələrkən qələmə aldığı “Qarabağ” şeirini səsləndirərək ogünkü ümidinin bu gün gerçəkləşdiyi üçün yaşadığı hədsiz sevinci də görüş iştirakçıları ilə bölüşüb.  Daha sonra oxucuların sualları Nurullah Genç tərəfindən cavablandırılıb.

Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim təşkilatçılar adından şairə öz minnətdarlığını bildirib və bu kimi proqramların bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarını daha da gücləndirdiyini vurğulayıb.  2012-ci ildə Nurullah Gençlə Bakıda baş tutan görüşdə yaşanan yaddaqalan xatirələrini bir daha yad edib. Yaşanan koronavirus bəlasının bir an öncə dünyamızdan uzaq olmasını təmənni edərək dəyərli şairi Azərbaycanda qonaq etmək istədiklərini, işğaldan azad edilən Qarabağ torpaqlarında bu kimi tədbirlərin təşkilatçılığını həyata keçirməkdən qürur duyacağını bildirib.