Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və  Dünya Gənc Türk…
Davamını oxu...

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri”…
Davamını oxu...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.
Davamını oxu...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki…
Davamını oxu...

GYF Bayram Günlərində Onların da Gözünü Yolda Qoymadı

Gəncliyə Yardım Fondu Ramazan Bayramı ərəfəsində 10 imkansız ailənin əlil arabasına olan ehtiyacnı qarşılayıb.

Fondunun nümayəndə heyəti bütün ehtiyac sahibi ailələri yaşadıqları ünvanlarda ziyarət edb. Ramazan Bayramı ərəfəsində baş tutan ziyarətlər həmin ailələrdə sözün həqiqi mənasında bayram sevincinə çevrilib. 

Gəncliyə Yardım Fondunun nünayəndələri Göyçay rayonunda yaşayan iflic xəstəsi 44 yaşlı İbrahimova Mina Rafiq qızını, İsmayıllı rayonunda yaşayan iflic xəstəsi 51 yaşlı Bayramov Eyvaz Akif oğlunu, Ağstafa rayonunda yaşayan 38 yaşlı I qrup əlil Mövlayev Yasini, Gəncə şəhərində yaşayan Çiçitov Mustafanı , Beyləqan rayonunda yaşayan Əfrayılov Mərdalını, Quba rayonunda yaşayan Məhəddinov Əmrahı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.