Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və  Dünya Gənc Türk…
Davamını oxu...

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri”…
Davamını oxu...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.
Davamını oxu...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki…
Davamını oxu...

“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ  Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib.

TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirinin  müavini Muxtar Məmmədov, Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahin, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, media nümayəndələri və məktəb şagirdləri iştirak edib.

Tədbirdə, Azərbaycan və Türkiyənin folklor nümunələri icra edilib, şeir müəllifləri şeirlərini səsləndiriblər.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim müsabiqədə iştirak edib qalib olan şagirdlərə hədiyyələr təqdim edib.

Qeyd edək ki, minə yaxın müsabiqə iştirakçısı arasından seçilən 50 müəllifin şeirləri kitab halına gətiriləcək.