Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və  Dünya Gənc Türk…
Davamını oxu...

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri”…
Davamını oxu...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.
Davamını oxu...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki…
Davamını oxu...

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri” kitabının təqdimat proqramı keçirilib.

Təqdimatda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin I müavini Valeh Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəhbərova, TRT Bakı təmsilçisi Murat Akkoç, elm insanları, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, “Tariximizin dahiləri” kitabı Azərbaycan və Türkiyə başda olmaqla türk-islam dünyasının tarixi şəxsiyyətlərinin Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Almas İldırım, Çingiz Aytmatov, Məh məd Akif Ərsoy, Hilmi Ziya Ülkən, Nəcib Fazil Kısakürək, Cəmil Meriç, Nurəddin Topçu, Rasim Özdənörən, Aliya İzzetbeqoviç, Səzai Karakoç, İsmət Özəl, İbn Xəldun, Məhəmməd İqbal kimi fikir adamlarının həyat və fəaliyyətləri, həmçinin fikirlərindan bəhs edir. Kitabın həmmüəllifləri Ali Can, Dr.Abbas Qurbanov və Qoşqar Abbasovdur.